Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət üçün Britaniyada agentlik yaradılacaq

2023/12/1702275480.jpg
Oxunub: 2504     10:16     11 Dekabr 2023    
Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət etmək üçün Böyük Britaniyada yeni agentlik yaradılacaq.

Ordu.az Böyük Britaniya Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Krallığın iqtisadiyyat və ticarət naziri Nüsrət Qani bildirib.

Yeni yaradılacaq Ticarət Sanksiyalarının İcrası İdarəsi müxtəlif qurumlara sanksiyaların pozulması hallarını araşdırmağa və lazım gəldikdə məsələni Gömrük İdarəsinə göndərməyə kömək edəcək.

Agentlik 2024-cü ilin əvvəlində fəaliyyətə başlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Britaniya  


Bizi "telegram"da izləyin