"Hizbullah"ın PUA-ları İsrail ordusunun Livanla sərhəddəki qərargahına hücum edib

2023/12/1702220638.jpg
Oxunub: 6322     19:02     10 Dekabr 2023    
“Hizbullah” şiə təşkilatının silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə "Hizbullah" "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.

"İslam müqaviməti pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalarına hücum edərək bütün hədəfləri dəqiqliklə vurub" - bəyanatda qarşı tərəfin sıralarında itkilərin olduğu iddia edilir.

Livanla sərhəddən 2 km aralıda yerləşən Yaarda bu yaxınlarda İsrail qüvvələrinin əməliyyat qərargahı yaradılıb. Al Mayadeen telekanalının məlumatına görə, şiə qırıcıları pilotsuz təyyarənin hücumundan əvvəl İsrailin hava hücumundan müdafiə sistemlərinə müdaxilə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   PUA  


Bizi "telegram"da izləyin