"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq" - Lavrov

2023/07/45645-1690617426.jpg
Oxunub: 3090     17:58     10 Dekabr 2023    
"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Lavrov  


Bizi "telegram"da izləyin