Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO (FOTOLAR)

2023/12/1702213325.jpg
Oxunub: 4055     17:00     10 Dekabr 2023    
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat verilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.











Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Şəhid  


Bizi "telegram"da izləyin