Türkiyə XİN Qəzzada münaqişənin birgə səylərlə sona çatmasının mümkünlüyünü açıqlayıb

2023/11/Hakan-1700472149.jpg
Oxunub: 4307     16:58     10 Dekabr 2023    
“Qəzzada dinc əhalinin qətliamını dayandırmaq və davamlı sülhün bərqərar olması üçün hərəkətə keçmək bütün ölkələrin ortaq borcudur”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciətində deyilir.

Qeyd olunub ki, Qəzzadaki faciənin bu günə qədər dayandırılmaması beynəlxalq sistemin zəifliyini ortaya qoyur:

“Türkiyə Fələstin xalqına qarşı bu qətliamları dayandırmaq, Fələstin xalqının ehtiyaclarını ödəmək, müstəqil və suveren Fələstin dövlətinin qurulması üçün insan ləyaqətinə dəyər verən, vicdan və əxlaq sahibi olan beynəlxalq ictimaiyyətin bütün üzvləri ilə birlikdə çalışmağa davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN  


Bizi "telegram"da izləyin