"Azərbaycan Serbiyanın əsl dostudur" - Vuçiç

2023/12/1702212424.jpg
Oxunub: 2889     15:35     10 Dekabr 2023    
Serbiya – Bolqarıstan interkonnektoru Serbiya üçün çox vacibdir, bu, qaz tədarükünü şaxələndirməyə və onun alternativ hasilat mənbələrini əldə etməyə imkan verib.

Ordu.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda bu, Serbiyaya altı mənbədən yeddiyə qədər maye qaz almağa imkan verəcək. Bunlara Aleksandrupolisdəki terminal daxildir. Bütün bunlar Serbiyanın enerji təhlükəsizliyini daha da təmin edəcək.

O qeyd edib ki, Azərbaycan Serbiyanın əsl dostu olaraq qalmaqda davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin