NYT: Trampın qələbəsi ABŞ-ın NATO-dan çıxmasına səbəb ola bilər

2018/07/54_1532760949.jpg
Oxunub: 476     10:39     10 Dekabr 2023    
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın qələbəsi ölkənin NATO-dan çıxmasına səbəb ola bilər.

Ordu.az xəbər verir ki, bu fikir şənbə günü “The New York Times“ qəzetinin məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, diplomatlar arasında, eləcə də NATO ölkələrinin hökumətlərində narahatlıq artır. Qeyd edilir ki, Trampın qayıdışı təkcə Ukraynanın tərk edilməsi deyil, həm də Amerikanın (Avropa qitəsindən) çıxması və Şimali Atlantika Alyansının dağıdılması anlamına gələ bilər.

“Avropada Trampın ikinci prezidentliyinin ABŞ-ın NATO-dan çıxmasına səbəb olacağından qorxurlar” - nəşr NATO Avropa Müttəfiqlərinin keçmiş Ali Baş Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridisin sözlərinə istinad edir:

“Bu, ölkəmiz üçün böyük strateji və tarixi uğursuzluq olacaq”.

Qeyd olunur ki, Avropa ölkələrinin əksər nümayəndələri Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə hansı yanaşmadan istifadə edəcəyini bilmir. Nəşrin yazdığına görə, kiçik dövlətlər Amerika silahlarının alınması və ya tərifli jestlər vasitəsilə Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin