Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

2023/12/1702226188.jpg
Oxunub: 7841     19:14     10 Dekabr 2023    
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev və digər rəsmi şəxslər qarşılayıblar.

****

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Milli Məclisin sədri Sahibə Qafarova digər rəsmi şəxslərlə görüşəcək.

Eyni zamanda ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin