“Trampın seçkilərdə mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır” - Bayden

2023/08/0bba2-1692853037.jpg
Oxunub: 454     09:12     10 Dekabr 2023    
“Keçmiş Amerika lideri Donald Trampın gələn il keçiriləcək prezident seçkilərində mümkün qələbəsi ABŞ üçün bir çox təhlükələr yaradır”.

Ordu.az xəbər verir ki, bu fikri ABŞ-ın hazırkı dövlət başçısı, demokrat Cozef Bayden Los-Ancelesdə seçki kampaniyası üçün vəsaitin toplanmasına həsr olunmuş tədbirdə bildirib.

O, administrasiyasının nailiyyətləri haqqında danışıb və çıxışının ortasında Respublikaçını (Donald Tramp – Qeyd) tənqid etməyə başlayıb:

“Biz bilirik ki, bütün bu irəliləyişlər növbəti seçkilərdə təhlükə altında olacaq. Donald Tramp bu ölkə üçün çoxlu təhlükələr yaradır. Seçmək hüququndan tutmuş vətəndaş hüquqlarına, səsvermə hüququna və Amerikanın dünyadakı mövqeyinə qədər. Tramp Amerika demokratiyası böyük təhlükədir”.

Amerika lideri hesab edir ki, respublikaçıların seçkilərdə mümkün qələbəsi halında Trampın ikinci prezidentlik müddəti birincidən daha pis olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Tramp  


Bizi "telegram"da izləyin