Baydenin oğlu: "Respublikaçılar məni öldürməyə çalışırlar"

2023/12/Ekran-1702177851.jpg
Oxunub: 494     04:08     10 Dekabr 2023    
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter deyib ki, Respublikaçılar Partiyasının bəzi nümayəndələri onu atasına görə öldürməyə çalışırlar.

Ordu.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bundan əlavə, o, ailəsinin cinayət törətməsi ilə bağlı iddiaları təkzib edib.

Hanterin dediyinə görə, atası bir vaxtlar ABŞ Konqresinin üzvü olub və gəlirləri haqqında məlumat dərc edib.

Bir gün əvvəl Hanter Bayden vergidən yayınmam və saxta vergi bəyannamələri ilə ümumilikdə doqquz maddə üzrə ittiham olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baydenin-oğlu   Respublikaçılar  


Bizi "telegram"da izləyin