Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

2023/12/papua-1702177657.jpg
Oxunub: 6703     00:45     10 Dekabr 2023    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olacaq.

Səfər dekabrın 12-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin