İsrail ABŞ-ın Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasında mövqeyini dəstəkləyib

2021/01/66644-1609911180.jpg
Oxunub: 303     01:21     10 Dekabr 2023    
“Amerika Birləşmiş Ştatlarının BMT Təhlükəsizlik Şurasında tutduğu mövqeyi yüksək qiymətləndirirəm”.

Ordu.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Onun sözlərinə görə, digər ölkələr də başa düşməlidirlər ki, bir tərəfdən HƏMAS-ın zərəsizləşdirilməsinə dəstək vermək, digər tərəfdən isə Fələstin radikal hərəkatının məhvinə mane olacaq müharibəyə son qoymağa çağırmaq mümkün deyil.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Netanyahu  


Bizi "telegram"da izləyin