Avropa İttifaqı süni intellektlə bağlı dünyada ilk qaydalar toplusu hazırlayacaq

2018/03/1-(1)234_1521032608.jpg
Oxunub: 7332     00:02     10 Dekabr 2023    
Avropa hakimiyyət orqanları süni intellekt sahəsini tənzimləyən qanunvericiliklə bağlı razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Avropa komissarı Tyerri Breton X sosial şəbəkəsində yazıb.

Sənəd qaydaları pozduqlarına görə tərtibatçıların cərimələnməsini nəzərdə tutur. Lakin təfərrüatlar hələ işlənməyib, qanun 2025-ci ildə qüvvəyə minə bilər.

Texnologiya sənayesi lobbi qrupu olan Kompüter və Rabitə Sənayesi Assosiasiyasının Avropa ofisinin rəhbəri Daniel Fridlender bəyan edib ki, bugünkü razılaşma kritik detallar üzərində vacib və zəruri texniki işlərin başlanğıcı deməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Süni-intellekt  


Bizi "telegram"da izləyin