İran nüvə sazişinin köhnəlməsi ilə bağlı xəbərdarlıq edib

2023/05/1685453318.jpg
Oxunub: 1719     23:29     09 Dekabr 2023    
“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planı köhnəlir”.

Ordu.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.

“Qırmızı xətlərimiz qarşı tərəf tərəfindən qəbul edilmədiyinə görə bu gün biz fəaliyyət planı ilə bağlı saziş imzalamaq yolunda deyilik. Bu da, plandan imtina etmək deməkdir. Vaxt çərçivəsi yoxdur və nə qədər irəli getsəniz, nəticə bir o qədər efemer olur”-deyə, o bildirib.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “The Financial Times” nəşrinə müsahibəsində deyib ki, nüvə proqramı ilə bağlı vəziyyət qeyri-müəyyəndir, İranın zənginləşdirilmiş uran ehtiyatı saxlamasının yaratdığı risklər gözdən qaçırılmamalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-sazişi  


Bizi "telegram"da izləyin