İsrail “Hizbullah”ın komanda mərkəzinə hava zərbələri endirib

2023/12/1701412876.jpg
Oxunub: 343     23:14     09 Dekabr 2023    
İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının komanda və idarəetmə mərkəzinə hava zərbələri endirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, müvafiq məlumat İsrail Ordusunun teleqram kanalında yerləşdirilib.

Qeyd olunub ki, Livan ərazisindən İsrailin şimalındakı bir neçə bölgəyə atışlar qeydə alınıb və həmin nöqtələrə hava zərbələri endirilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “Hizbullah”ın eskalasiyası Livanın məhvinə səbəb ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Netanyahu  


Bizi "telegram"da izləyin