Türkiyə HHQ komandanı “Türk Ulduzları” ilə birlikdə uçub

2023/12/1702113171.jpg
Oxunub: 5840     13:24     09 Dekabr 2023    
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Ziya Camal Kadıoğlu “Türk Ulduzları” aerobatika komandası ilə təlim uçuşunda iştirak edib.

Ordu.az xəbər verir ki, general Kadıoğlu F-5B təyyarəsinin arxa kokpitində uçaraq, Konya 3-cü Əsas Reaktiv Baza Komandanlığında keçirilən təlim sıralamasında iştirak edib.

Türkiyəli general uçuş zamanı “Türk Ulduzları” komandalarının istifadə etdiyi qırmızı uçuş kostyumunu geyinib.

Türkiyə Milli Müdafiə Nazirliyi görüntüləri “X” hesabında paylaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin