ABŞ Ukraynanın HHM sistemlərini modernləşdirir

2023/12/1702112927.jpg
Oxunub: 6806     14:08     09 Dekabr 2023    
Vaşinqton və Kiyev Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Qərb istehsalı olan raketlərlə modernləşdirməyə razılaşıblar.

Ordu.az xəbər verir ki, ABŞ Ukraynanın inventarında olan Sovet dövründən qalma HHM sistemlərinə öz raketlərini inteqrasiya etmək üçün tədbirlər görür.

Ukrayna həm inventarındakı “Buk-M1”, “9K330 Tor”, “9K33 Osa” və “9K35 Strela-10” aşağı və orta hündürlükdə HHM sistemlərinin azalan raket ehtiyatlarının yerinə alternativ əldə etmək, həm də daha uzun mənzilli və qabaqcıl Qərb məhsulu raketlərlə sistemlərin effektivliyini artırmaq üçün uzun zamandır Qərb məhsulu raketləri bu sistemlərə inteqrasiya etmək istəyirdi.

Bəzi Ukrayna və ABŞ mənbələri ABŞ istehsalı olan SM-1 və AIM-7 raketlərinin Ukraynanın “Buk-M1”HHM sistemlərinə inteqrasiya olunduğunu və sistemlərin ABŞ-dəki sınaq meydançalarında sınaqdan keçirildiyini bildirib.

Vaşinqtonda keçirilən ABŞ-Ukrayna Müdafiə Sənayesi Baza Konfransında bu kontekstdə mühüm addım atılıb.

ABŞ Müdafiə Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Strateji Sənaye Nazirliyi HHM sistemlərinin birgə istehsalı və texniki məlumat mübadiləsinə dair niyyət bəyannaməsi imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   HHM  


Bizi "telegram"da izləyin