Latviya NSM raketləri alacaq

2023/12/1702110408.jpg
Oxunub: 5316     13:08     09 Dekabr 2023    
Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv ölkələr sürətini azaltmadan müdafiə alışlarını davam etdirirlər.

Ordu.az xəbər verir ki, Latviya sahil müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə ABŞ ilə “Naval Strike Missile” (Dəniz Hücum Raketi) üçün 105 milyon dollarlıq müqavilə imzalayıb.

Latviya ilə ABŞ arasında imzalanan 105 milyon dollarlıq NSM raket müqaviləsi çərçivəsində tədarüklərin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

İmzalanan müqaviləyə əsasən, 105 milyon dollarlıq xərcin böyük hissəsi ABŞ tərəfindən ödəniləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin