Norveç F-35-ləri istənilən performansa çata bilməyib

2023/12/1702110255.jpg
Oxunub: 339     17:23     09 Dekabr 2023    
Norveç Milli Audit İdarəsi bu ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan F-35A təyyarələrinin təftiş hesabatını dərc edib.

Ordu.az xəbər verir ki, Milli Audit İdarəsinin dərc etdiyi hesabatda təyyarənin uçuş və texniki xidmət xərcləri, personalın təlim səviyyəsi və təyyarənin istismara verilməsi prosesinin mərhələləri araşdırılıb.

Yayımlanan hesabatda Norveç Müdafiə Nazirliyi F-35-lərin istismara verilməsi prosesində kifayət qədər təsirli olmadığı, uçuş və texniki xidmət xərclərini dəqiq əks etdirmədiyi və təyyarələrin 2025-ci ildə tam əməliyyat gücünə çatması hədəfinin real olmaması səbəbindən tənqid edilib.

Hesabatda Müdafiə Nazirliyinin F-35-lərin istismara verilməsi ilə bağlı bəzi zəruri addımlar atmaqda çox ləng və gec olduğu bildirilib. Qeyd olunub ki, nazirliyin Norveç F-35A-larının 2025-ci ildə tam istismar gücünə çatacağı ilə bağlı iddiaları real deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   F-35  


Bizi "telegram"da izləyin