ASELSAN-ın Korporativ İdarəetmə reytinqi 9,41-ə yüksəlib

2023/12/2023--1702109693.jpg
Oxunub: 296     16:13     09 Dekabr 2023    
“Saha Kurumsal Yönetim ve Kredi Derecelendirme Hizmetleri A.Ş.” (SAHA) ASELSAN-ın Korporativ İdarəetmə reytinqini 9,34-dən 9,41-ə yüksəldib.

Ordu.az xəbər verir ki, Türkiyədə Kapital Bazarı Şurasının (Sermaye Piyasası Kurulu - SPK) lisenziyası ilə korporativ idarəetmə reytinqi fəaliyyətləri sahəsində fəaliyyət göstərən SAHA ASELSAN-ın korporativ idarəetmə prinsiplərinə verdiyi əhəmiyyəti, bunu davamlı və dinamik bir proses kimi həyata keçirmək istəyini və bu istiqamətdə etdiyi təkmilləşdirmələri nəzərə alaraq, şirkətin korporativ idarəetmə reytinqini aşağıdakı kimi yeniləyib:

Səhmdarlar 89.59
İctimaiyyəti Məlumatlandırma və Şəffaflıq 98.72
Maraqlı tərəflər 99.17
Direktorlar Şurası 91.88
Ümumilikdə 94.11

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Korporativ-İdarəetmə  


Bizi "telegram"da izləyin