Finlandiya Ukrayna üçün artilleriya sursatlarının istehsalına başlayacaq

2023/12/topme-1702107092.jpg
Oxunub: 423     21:13     09 Dekabr 2023    
Finlandiya yaxın vaxtlarda Ukrayna üçün iri çaplı artilleriya mərmilərinin istehsalına başlayacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hakkinen tərəfindən verilən açıqlamaya görə, Finlandiya Aİ ölkələrinin Ukraynaya söz verdikləri 1 milyon top mərmisini çatdırmaması səbəbindən yeni addım atacaq.

“Finlandiyanın Ukrayna üçün artilleriya sursatlarının istehsalını daha da necə artıracağı ilə bağlı danışıqları başa çatdırdıq. Bu proses çox yaxında başlayacaq”, - deyə Finlandiyanın müdafiə naziri qeyd edib.

Hakkinen problemin yəqin ki, Yeni il ərəfəsində həll olunacağını bildirib.

“Planlar hazırdır. Biz silah-sursat istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq və niyyətimiz Ukraynaya indidən daha çox dəstək verməkdir”, - deyə o vurğulayıb.

Finlandiya mətbuatının verdiyi məlumata görə, istehsalı yerli “Nammo Lapua Oy” şirkəti həyata keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin