Yaponiya və Norveç müdafiə danışıqlarına başlamaq barədə razılığa gəliblər

2023/12/2023--1702106849.jpg
Oxunub: 1901     15:12     09 Dekabr 2023    
Yaponiya və Norveç liderləri iki ölkə arasında münasibətləri strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, Yaponiyanın Baş naziri Kişida Fumio Tokioya gələn Norveç Baş naziri Yonas Stor ilə görüşündə ikitərəfli əlaqələri müzakirə edib.

Birgə bəyanata görə, iki lider Yaponiya və Norveç arasında münasibətləri strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəliblər.

Liderlər iki ölkə arasında müdafiə danışıqlarına başlamaq və təmiz enerji investisiyaları sahəsində əməkdaşlığı müzakirə etmək barədə razılığa gəliblər.

Görüş zamanı Kişida və Stor Rusiya-Ukrayna böhranı və Yaxın Şərqdəki münaqişələr barədə fikir mübadiləsi aparıblar.

İki lider “dünyanın istənilən yerində status-kvonun güc yolu ilə dəyişdirilməsi cəhdinə qarşı çıxmağa” razılaşıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Norveç  


Bizi "telegram"da izləyin