İran “Arash” raketlərinin mənzilini artırır

2023/12/arash-1702106497.jpg
Oxunub: 387     17:02     09 Dekabr 2023    
İdarə olunmayan artilleriya raketi olan “Arash” Sovet dövründən qalma 122 mm-lik artilleriya raket ailəsinə əsaslanır.

Ordu.az xəbər verir ki, bu raketlərin variantları bütün dünyada xidmət etməyə davam edir.

Ən çox yayılmış variantı “BM-21 Grad” Yaylım Atəşli Reaktiv Sistemidir (YARS).

İranın müdafiə nazirinin müavini Serdar Fərhinin verdiyi açıqlamaya görə, İranın “Arash” raketlərinin mənzili 100 kilometrə qədər artırılacaq.

Sözügedən məlumat İranda yerləşən “Tasnim” Xəbər Agentliyinin nazir müavini ilə apardığı müsahibə zamanı paylaşılıb.

Mənzilin inkişaf etdirilməsi tamamlandıqdan sonra bu raketlər “Arash” ailəsinin ən uzun mənzilli raketləri olacaq.

100 km-lik mənzil indiki ən uzun mənzilli “Arash” variantının mənzilini demək olar ki, iki dəfə artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Arash  


Bizi "telegram"da izləyin