“Azərbaycan İranla qonşuluğuna, Rusiya və Türkiyə ilə münasibətlərinə görə ABŞ üçün önəmlidir” - Əli Səlami

2023/12/1702113422.jpg
Oxunub: 390     15:43     09 Dekabr 2023    
“ABŞ-nin Azərbaycana təzyiqi mövzusu çox şişirdilib”.

Ordu.az xəbər verir ki, bunu iranlı analitik Əli Səlami deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycana ciddi təzyiq göstərmir.

“Belə bir mühit olanda ikitərəfli münasibətlərdə gərginlik meydana çıxır, rəqib ölkədən nəsə qoparmaq üçün təzyiq mühiti yaranır, bu ölkənin ən yüksək diplomatlarından biri hansısa güzəşt gözləntiləri olan ölkəyə bənzər səfər etmir. Fikrimcə, bu o qədər də təzyiq mühiti deyil, çünki bu, bəzi məsələləri həll etmək, fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyan səfər idi və öz məqsədinə xidmət edirdi. Azərbaycan İranla qonşuluğuna, Rusiya və Türkiyə ilə münasibətlərinə görə ABŞ üçün önəmlidir, lakin təzyiq siyasəti nəzərə çarpmır”, - deyə Səlami qeyd edib.

Səlami bildirib ki, Ermənistan-Azərbaycan birgə bəyanatı həm ikitərəfli danışıqların, həm də vasitəçilərin və çox güman ki, ABŞ tərəfinin özünün əməyinin nəticəsidir.

“Təbii ki, ABŞ bəzi bəyanatlara görə vasitəçi rolunu itirməsindən narahat idi. Ona görə də amerikalı diplomatın səfəri ilə həmin rolun bərpasına, birgə bəyanata töhfə verməyə, həmçinin tərəflər arasında görüşün təşkilinə cəhd edilib. Bununla belə, hesab edirəm ki, ABŞ-ni narahat edən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və İran Azərbaycan-Naxçıvan marşrutu üzrə əməkdaşlığa başlayıb və Ermənistan onun formatının əleyhinə olsa da, ABŞ hələ də Ermənistan marşrutu məsələsini irəli sürür. ABŞ-nin Ermənistandan keçən o yol mövzusunu gündəmə gətirmək vasitəçiliyi həm Azərbaycana, həm də ABŞ-a sərfəlidir. Düşünürəm ki, bu humanitar bəyanatın dərinliklərində bu gün ictimai müzakirələrdə və bəyanatlarda nadir hallarda qeyd olunan ciddi mövzular var”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin