Ermənistan İstintaq Komitəsi təqribən 70 min dollar dəyərində kompüter proqramı alıb

2023/12/image-1702105576.jpg
Oxunub: 7022     13:49     09 Dekabr 2023    
Ermənistan İstintaq Komitəsi təqribən 70 min dollar dəyərində kompüter proqramı alıb ki, bu da bundan sonra sosial şəbəkələrə daha tez nəzarət etməyə imkan verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, layihənin satın alınması üçün dövlət büdcəsindən 28 milyon 326 min dram ödənilib, alış “Mikrorinq” MMC-dən həyata keçirilib.

“Proqram “Malteqo” adlanır. Bu kompüter proqramı çox güclü məlumat toplama sistemidir. O, sosial şəbəkə səhifələrində, e-poçt ünvanlarında, telefon nömrələrində və sairdə istənilən məlumatı axtarmağa imkan verir. Axtarışda olan şəxsin yerini də bu proqram vasitəsilə müəyyən etmək olar. Yəni bu proqramla internetin açıq mənbələrində kəşfiyyat fəaliyyəti aparmaq, məsələn, Nikol Paşinyana qarşı nə qədər insanın “zorakılıq çağırışları” yaydığını və s. öyrənmək olar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq-Komitəsi  


Bizi "telegram"da izləyin