“Past”: Xarici təşkilat niyə Ermənistanda araşdırmalar aparıb?

2022/02/Miner-1644320386.jpg
Oxunub: 326     16:02     09 Dekabr 2023    
Azərbaycan müxtəlif platformalarda Ermənistanın mədən sənayesinə etiraz etmək üçün imkanlar axtarır, bunların regionun təbiətinə mənfi təsir göstərdiyini əsas gətirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Ətraf mühit strukturlarımızın bəziləri də bu kampaniyanın “dəyirmanına su tökür”. Ekoloji problemlərin diqqət mərkəzində olması şübhəsizdir. Düzgün yoxlamaların aparılması yenə şübhə doğurmur”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, lakin burada zərər prinsipi ilə deyil, xüsusilə ictimai sektor-dövlət-mədən sənayesi üçbucağı çərçivəsində əməkdaşlıq və informasiya mübadiləsi prinsipi əsasında faydalı olmaq prinsipi ilə hərəkət etmək lazımdır.

“Lakin bununla bağlı ölkəmizin müəyyən problemləri var. Üstəlik, məlum olur ki, Çexiyanın “Arnika” ictimai təşkilatı iki ilə yaxındır Ermənistanda “zəhərli ağır metalların yayılma yolları” ilə bağlı araşdırmalar aparır. Təşkilatın ekspertləri araşdırmaların nəticələrini ümumiləşdirmək üçün bir neçə gündən sonra Ermənistana gələcəklər”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Araşdırma  


Bizi "telegram"da izləyin