“CANiK M2 QCB”, “CANiK M2F” və “CANiK M3” Afrikada ilk dəfə sərgilənib

2023/12/1702103092.jpg
Oxunub: 456     18:48     09 Dekabr 2023    
“CANiK” baş direktoru Cahit Utku Aral 2023-cü ilin son sərgisi olan EDEX-də iştirakın ən böyük səbəbinin iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına dəstək olmaq və keçmişdə mühüm məqamlara çatan əməkdaşlıqları canlandırmaq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, dünyanın aparıcı yüngül və orta çaplı silah istehsalçılarından biri olan “CANiK” 2023-cü ilin son sərgisi üçün Afrikada meyana çıxıb.

“CANiK” Misirdə 400-dən çox beynəlxalq şirkətin və 30 mindən çox iştirakçının iştirak etdiyi EDEX-23 sərgisində yerini alıb.

“CANiK” 4-7 dekabr tarixləri arasında Misirin paytaxtı Qahirədə keçirilən 3-cü EDEX sərgisindəki stendində 20-dən çox ölkə nümayəndə heyətini qəbul edib. Misir hərbi idarəsi də sərgiyə böyük maraq göstərib.

Afrika regionunun ən böyük müdafiə idxalçılarından biri olan Misirdə geniş məhsul çeşidi və təcrübəli heyəti ilə güclü iştirak təmin edən “CANiK” əhəmiyyətli ixrac uğurları əldə edib.

IDEF-23 çərçivəsində sərgidə ilk dəfə təqdim edilən Türkiyənin yeganə ixtisaslı və böyük çaplı zenit silahı olan “CANiK M2 QCB”, 950 atışa malik “CANiK M2F” və 1100-1200 atışa malik “CANiK M3” Afrikada ilk dəfə sərgilənib.

“CANiK”in baş direktoru Cahit Utku Aral “CANiK” olaraq yaranmalarının 25-ci ildönümünü qeyd etdikləri 2023-cü ili gözləntilərin üzərində olan bir uğurla tamamladıqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK-M2-QCB   CANiK-M2F   CANiK-M3   Afrikav  


Bizi "telegram"da izləyin