“Faktiki olaraq Ermənistanda diktatura formalaşır” - Ermənistanın keçmiş müdafiə naziri

2021/10/fa465-1633503419.jpg
Oxunub: 6614     14:00     09 Dekabr 2023    
“Digər siyasi qüvvələrdən fərqli olaraq, “Ümumerməni Cəbhəsi” hərəkatı özünü sırf müxalif qüvvə kimi təqdim etmir, başqa cür təqdim edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın “Ноев Ковчег” qəzetinə müsahibəsində Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan Ermənistan müxalifətinin problemlərini şərh edərkən deyib.

O qeyd edib ki, bu yaxınlarda iki hərəkatın yenidən birləşməsi məsələsi müzakirə olunacaq, bəlkə üçüncü hərəkat da onlara qoşulacaq.

“Bütün bunlar baş verən prosesdir, məqsəd bütün erməni vətənpərvər qüvvələrini yenidən birləşdirməkdir”, - deyə Karapetyan bildirib.

Karapetyan əlavə edib ki, faktiki olaraq Ermənistanda diktatura formalaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin