Erməni deputat: “SQ-nin baş idarə rəislərinin “turnik”də şəkil çəkdirməsi nə dərəcədə normaldır ki, bunu hekayəyə, attestasiyaya çeviriblər?”

2021/12/b2ec8-1640254288.jpg
Oxunub: 412     19:59     09 Dekabr 2023    
Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının növbədənkənar iclasında “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan Müdafiə Nazirliyində aparılan attestasiyaya toxunub.

Ordu.az xəbər verir ki, o, tətbiq olunan ikili standartları xüsusilə vurğulayıb.

“Baxın, Daxili İşlər Nazirliyində vəzifə yüksəlişi və maaşının dəyişdirilməsi üçün, Milli Təhlükəsizlik Xidmətində isə maaşın dəyişdirilməsi ilə bağlı attestasiya keçirilir, eyni şey Müdafiə Nazirliyində də həyata keçirilir”, - deyə Manukyan bildirib.

“Ali rəhbər heyəti attestasiyadan kənarda qalır?” sualına erməni deputat cavab olaraq qeyd edib: “Dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət etmişəm, korpus komandirlərinin, Silahlı Qüvvələrin baş idarə rəislərinin “turnik”də şəkil çəkdirməsi nə dərəcədə normaldır ki, bunu hekayəyə, attestasiyaya çeviriblər? Bu nə dərəcədə uyğundur? MTX sistemində heç kim bu attestasiyanı görmür. Daxili İşlər Nazirliyində bütöv bir nağıl qurublar ki, baxın, bu adamlar “turnik”dədir”.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   MN  


Bizi "telegram"da izləyin