Erməni zərərçəkən: “Əsgərlər narkotik sifariş veriblər, rəislərlə gərginlik yaranıb, bir-birini vurublar”

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 427     17:54     09 Dekabr 2023    
Dekabrın 8-də Göyçə vilayətinin Ağkilsə kəndindəki hərbi sığınacaqda yanaraq ölən 15 erməni hərbi qulluqçunun işi üzrə zərərçəkən Levon Xaratyan dindirilib.

Ordu.az xəbər verir ki, o, ifadəsində erməni hərbi qulluqçularla rəislər arasında yaranmış gərgin münasibətlərə toxunub.

Xaratyan bildirib ki, hadisədən bir neçə gün əvvəl onların bölüyündən iki nəfər Hraç və Narek bölük komandiri ilə münaqişə yaşayıblar.

“Telefonların tapılması ilə bağlı nəsə olub, telefonlarda elə bir şey olub ki, onu etmək olmaz. Narkotik sifariş ediblər ki, istifadə etsinlər. Mübahisə olub, bir-birini vurublar, amma necə olduğunu bilmirəm. Mənə Hraç və Narek danışıblar. Hadisədən iki gün sonra Narekgil hərbi polisə aparılıb. Bölük komandiri də dedi ki, başqa yerlərdə olduğu kimi qulluq edəcəyik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə   Ağkilsə  


Bizi "telegram"da izləyin