“Ermənistan Azərbaycanın təklif etdiyi istənilən müqaviləni imzalamalı olan tərəfdir” - Lepexin

2022/07/df4sd-1658744743.jpg
Oxunub: 523     16:21     09 Dekabr 2023    
“Bütün müqavilələrdə həmişə sonradan ortaya çıxan açıqlanmayan hissə olur”.

Ordu.az xəbər verir ki, bunu Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin deyib.

Onun sözlərinə görə, əsirlərin azad edilməsi Ermənistan üçün çox ciddi nailiyyətdir və bu, hakimiyyətin nüfuzunu yüksəldir.

“İlham Əliyev çox yaxşı başa düşür ki, Ermənistana bu lazımdır, ona görə də bu yükün altında yəqin ki, elan olunmayan şərtlər var, çünki bu şərtlər Ermənistan hakimiyyəti üçün xoşagəlməz ola bilər”, - deyə Lepexin bildirib.

Ekspert qeyd edib ki, istənilən müqavilənin piar tərəfi var.

“Əsirlərin azad edilməsi Ermənistan üçün çox güclü piar aspektidir. İlham Əliyev bunu çox gözəl anlayır və İrəvanla oynayır”, - deyə o bildirib.

Lepexin deyib ki, bu gün Azərbaycanla Ermənistan arasında istənilən münasibət qeyri-bərabərdir.

“Əlində çoxlu “kozır” olan Azərbaycan qalib tərəf kimi çıxış edir, Ermənistan isə Azərbaycanın təklif etdiyi istənilən müqaviləni imzalamalı olan tərəfdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin