Diplomatik nümayəndəliklərdə seçki məntəqələri yaradılacaq

2023/12/16951-1702060863.jpg
Oxunub: 5661     22:58     08 Dekabr 2023    
2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələri yaradılacaq.

Ordu.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Bildirilib ki, seçicilərin olduqları ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri səsvermə gününə azı 30 gün qalanadək bu məntəqələrin yaradılması təmin edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident-seçkiləri  


Bizi "telegram"da izləyin