Növbədənkənar prezident seçkilərinin nəticələri 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək

2023/12/c31b6-1702064209.jpg
Oxunub: 3251     22:52     08 Dekabr 2023    
Növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq olunması üçün 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Ordu.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Növbədənkənar prezident seçkilərində bu müddət 2024-cü il fevralın 17-dək olan dövrü əhatə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Növbədənkənar-prezident-seçkiləri  


Bizi "telegram"da izləyin