MSK: Prezidentliyə namizədin qeydə alınması üçün zəruri sənədlər yanvarın 8-dək təqdim edilməlidir

2023/12/15834-1702060815.jpg
Oxunub: 2912     22:32     08 Dekabr 2023    
Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına nə zaman təqdim ediləcəyi açıqlanıb.

Ordu.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Bildirilib ki, Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Seçki  


Bizi "telegram"da izləyin