BMT: Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayırıq

2021/08/LCR11-1628830551.jpg
Oxunub: 4719     22:06     08 Dekabr 2023    
"BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır".

Ordu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik "Report"a açıqlamasında deyib.

Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: "BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin