Avropa Şurasının Baş katibi: “Dialoq regionda davamlı sülhün açarıdır”

2023/09/1694341972.jpg
Oxunub: 5309     20:35     08 Dekabr 2023    
Azərbaycana səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşüb və onlara gördükləri işlərə görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə xanım diplomat “X” sosial şəbəkəsində yazıb.

“AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşmək həmişə xoşdur. Əla işinizə görə təşəkkür edirəm”, - paylaşımda deyilir.

Avropa Şurasının Baş katibi həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə səmərəli görüşlər keçirdiyini də qeyd edib.

“Dialoq regionda davamlı sülhün açarıdır”, - M.Peyçinoviç-Buriç bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası   Azərbaycan  


Bizi "telegram"da izləyin