Federasiya Şurası: “Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir”

2023/12/7db48-1702042029.jpg
Oxunub: 5591     17:04     08 Dekabr 2023    
“Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında deyib.

“Biz bu əlaqələrin intensivləşdirilməsinə xüsusi önəm veririk. Biz həm parlamentlərarası, həm də ondan kənarda əməkdaşlığımızı gücləndiririk”, - A.Yatskin bildirib.

O, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edib: "Regionların əməkdaşlıq etmək istəyi daha da artır. Nəqliyyat sektorunda əməkdaşlıq iki ölkənin iqtisadiyyatı üçün çox vacibdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin