Əli Hüseynli: “Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını prezidentlər arasında etibarlı münasibətlər təşkil edir”

2023/12/32-1702041977.jpg
Oxunub: 2784     16:53     08 Dekabr 2023    
Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin arasında etimad və dostluq münasibətləri ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlığın əsasını, uzun illər davam edən əməkdaşlığın dayağıdır.

Ordu.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı deyib.

“İkitərəfli səfərlərin sayının artması, beynəlxalq arenada qarşılıqlı dəstək, birgə tədbirlər buna sübutdur. Sevindirici haldır ki, komissiyanın 20 illik yubiley iclası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Fürsətdən istifadə edərək, Rusiyada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkilinə görə rusiyalı həmkarlarımıza bir daha təşəkkür edirik”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əli-Hüseynli   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin