Viktor Orban: "Aİ Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil"

2023/01/1675101367.jpg
Oxunub: 6332     16:46     08 Dekabr 2023    
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığnı açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə V.Orban Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

O bildirib ki, Avropa Komissiyasının Kiyevin üzvlük üçün yeddi ilkin şərtdən dördünü yerinə yetirməsi barədə məlumat doğru deyil.

V.Orban, həmçinin Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu söyləyib: “Biz üzvlüklə bağlı danışıqlar prosesinə başlamağa qərar verə bilmərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban     Ukrayna  


Bizi "telegram"da izləyin