Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib - FOTOLAR

2023/12/0bd78-6808160472.jpg
Oxunub: 4818     16:28     08 Dekabr 2023    
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qullquçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların böyük bir qrupuna daimi mənzillərin verilməsi ilə bağlı bu gün növbəti püşkatma keçirilir.

Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla "Daimi mənizllərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən verilib.

Növbəti püşkatma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından 28 mənzil, habelə Mənzil İnşaat Dövlət Agentliyinin balansından 445 mənzil, ümumilikdə isə 473 mənzil növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.

Qeyd edək ki, hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər şəffaflıq və ədalətlilik prinsipi əsasında verilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Mənzil  


Bizi "telegram"da izləyin