MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

2023/12/Ekran-1702039661.jpg
Oxunub: 250     16:18     08 Dekabr 2023    
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

Ordu.az-ın xəbərinə görə, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.

Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSK   Prezident-seçkiləri  


Bizi "telegram"da izləyin