ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir

2023/11/1698987193.jpg
Oxunub: 6809     15:19     08 Dekabr 2023    
ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Conatan Fayner "Aspen" Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ və onun müttəfiqləri Ukraynanın yeni hücuma başlaya bilməsi Rusiya ilə əlverişli danışıqlar mühitinin təmin olunması üçün Kiyevə silah-sursata verməyə səy göstərir.

“Biz istərdik ki, ukraynalılar gələn ilin sonunda elə bir mövqedə olsunlar ki, Rusiya qərar versin: Ukrayna üçün məqbul şərtlərlə danışıqlar masasına oturun, ya da daha güclü Ukrayna ilə qarşılaşsın”, - C.Fayner söyləyib.

Onun sözlərinə görə, Ukrayna yeni hücuma keçə biləcək.

ABŞ Prezidentinin müavini bunu ABŞ və Avropa İttifaqının (Aİ) daha güclü sənayə bazası ilə əlaqələndirib: “Bu, Ukraynanın imkanlarını artıracaq. ABŞ Ukraynanın müdafiə sənayesinin inkişafı üzərində işləyir”.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl ABŞ-nin Ukraynaya yardımın bir neçə həftəyə tükənəcəyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin