Azərbaycan MDB İqtisadi Şurasının 100-cü iclasında iştirak edib

2023/12/Ekran-1702033335.jpg
Oxunub: 156     14:43     08 Dekabr 2023    
Azərbaycanın Baş nazirinin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclasında iştirak edib.

Ordu.az-ın verdiyi məlumata görə, iclas Qırğızıstanın Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutub.

İclasda MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələləri müzakirə edilib.

Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Daha sonra geniş tərkibdə görüş olub. Görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilə qədər nəzərdə tutulmuş fəaliyyət planı, üzv ölkələrin energetika sahəsində əməkdaşlıq planı, ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələlər nəzərdən keçirilib. Tərəflər MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılmasına və inkişafına, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar.

MDB Iqtisadi Şurasına sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MDB  


Bizi "telegram"da izləyin