“Akıncı” PUA-sından İHA-122 supersəs raketinin atış sınağı həyata keçirilib

2023/12/Ekran-1702033125.jpg
Oxunub: 2798     14:53     08 Dekabr 2023    
ROKETSAN 122 mm-lik artilleriya raketindən və ya Pilotsuz Uçuş Aparatından (PUA) buraxıla bilən supersəs raketi hazırlayıb.

Ordu.az xəbər verir ki, “Baykar”ın milli platforması olan “Bayraktar Akıncı” hücum tipli PUA-sı ROKETSAN tərəfindən hazırlanan İHA-122 supersəs raketinin atış sınağını həyata keçirib.

“Akıncı” PUA-sından atılan İHA-122 raketi 55 km uzaqlıqdakı hədəfi uğurla vurub.

“Bayraktar Akıncı” 2023-cü ilin mart ayında ilk dəfə hava vasitəsindən atılan İHA-230 raketi ilə sınaq atışı zamanı 140 kilometr məsafədən hədəfi dəqiq vurub.

122 mm-lik TRLG-122 Raketi nöqtə vuruş qabiliyyəti və dağıdıcı gücü sayəsində 13 - 30 km məsafədə yüksək prioritet hədəflər üzərində effektiv atəş gücü yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   PUA   İHA-122  


Bizi "telegram"da izləyin