"Türkiyə ChatGPT-yə rəqib süni intellekt layihəsi hazırlayır" - Selçuk Bayraktar

2022/09/thumb-1662027705.jpg
Oxunub: 7467     14:28     08 Dekabr 2023    
Türk mühəndislər ChatGPT-yə yerli rəqib süni intellekt layihəsi AI.LE üzərində çalışır.

Ordu.az-ın məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar İstanbulda keçirilən "Take Off" sammitində çıxışı zamanı bildirib.

Məlumata əsasən, T3 Fondunun rəhbərliyi ilə mühəndislər türk mərkəzli proqramlaşdırma dili hazırlayır.

Qeyd edək ki, ChatGpt OpenAI tərəfindən hazırlanmış süni intellektə əsaslanan chatbotdur. Robot verdiyiniz suallara insan kimi cavab verə bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ChatGPT  


Bizi "telegram"da izləyin