Erməni kartoqraf: “FTX Ermənistan orqanlarının həmin ərazilərdə fəaliyyətlərini məhdudlaşdıracaq”

2023/12/1702024864.jpg
Oxunub: 3367     21:27     08 Dekabr 2023    
“Bu prosesdə ilk addım demarkasiya və delimitasiya prinsiplərinin tənzimlənməsi olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf, texnika elmləri namizədi, “Geodeziya və Xəritəçəkmə” dövlət qeyri-kommersiya təşkilatının elmi-texniki şöbəsinin keçmiş rəisi, “Elma” elektron xəritəsinin müəllifi Şahen Şahinyan deyib.

Onun sözlərinə görə, bu günə kimi ortada nəinki bu prinsiplər barədə yazılı sənəd yoxdur, hətta Azərbaycan tərəfindən də SSRİ-nin hər hansı inzibati ərazi xəritəsi ilə demarkasiya və delimitasiya prosesini həyata keçirəcəyi barədə bəyanat yoxdur.

“Nəqliyyat marşrutlarına nəzarət 3-cü dövlətin üzərinə qoyulursa, istər Rusiya Federal Təhlükəsizlik Xidməti, istərsə də başqa dövlət olsun, Ermənistanın orqanlarının və vətəndaşlarının həmin ərazilərdə fəaliyyətlərinin məhdudlaşdırılması təhlükəsi var”, - deyə Şahinyan qeyd edib.

Erməni kartoqraf bildirib ki, əslində bu yolla Ermənistanın bir hissəsi ayrılır, bu isə ölkənin Konstitusiyası ilə qadağandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTX   Ermənistan  


Bizi "telegram"da izləyin