Şirak yeparxiyasının lideri: “Təəccüblənməyə dəyməz, çünki inqilablar həmişə diktaturaya gətirib çıxarır”

2023/12/image-1702020856.jpg
Oxunub: 6774     17:52     08 Dekabr 2023    
“Təəccüblənməyə dəyməz, çünki inqilablar həmişə diktaturaya gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, bunu Şirak yeparxiyasının lideri Mikayel Acapahyan Gümrüdə hakimiyyətin ələ keçirilməsini şərh edərkən deyib

O qeyd edib ki, bütün inqilabların sonu budur.

“Belə inqilablar həmişə diktatura ilə başa çatır. Bu, təbii inkişafdır. Məsumluq kompleksi insanları əhatə etməyə başlayanda, cəhalət hökm sürməyə başlayanda işlərin belə olması təbiidir. Qəribə heç nə yoxdur”, - deyə Acapahyan qeyd edib.

Acapahyan bildirib ki, diktaturaya qarşı mübarizə aparmaq üçün ilk növbədə ictimaiyyət sağlam və şüurlu olmalıdır.

“Normal cəmiyyət şüurlu olmalıdır, şüursuzsansa, kimə qarşı mübarizə aparmalısan?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şirak   Gümrü  


Bizi "telegram"da izləyin