“Hraparak”: Bu, Gürcüstanda ərazi itkisi kimi özünü göstərirdisə, biz cəmiyyətin parçalanmasına da məruz qalmışıq

2023/12/image-1702020727.jpg
Oxunub: 4333     20:44     08 Dekabr 2023    
“Düz 20 il bundan əvvəl Gürcüstanda “Qızılgül” inqilabı baş verəndə mən və mənim kimi bir çox erməni müxalifətçidə qısqanclıq yaranmışdı”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Saakaşvilinin sayəsində bir-iki il ərzində böyük müsbət dəyişikliklər baş verəndə qısqanclıq eyforiya əleyhinə əhval-ruhiyyəyə çevrilib.

“Bir neçə ildən sonra mən Tbilisidə və ya başqa yerdə gürcü həmkarlarımla ünsiyyətdə olanda onların Mixaili tənqid etmək və hətta qəbul etməmək meylinə təəccübləndim. Başa düşmək lazımdır ki, demokratiya deyilən fenomen heç də qısa məsafəli yarış deyil. Bir az da dərindən düşünsəydik, eyni şeyin bizdən də gözləniləcəyini anlayardıq. Bizə, xüsusən də sətirlərimin müəllifinə elə gəlirdi ki, bizim xalq daha ağıllıdır və gürcü demokratiyasının qarşısında duran qayalardan, maneələrdən mütləq qaçacaq. İnqilab oyunlarında bizi daha qəddar aqibət gözlədiyini bilmirdik. Çünki Gürcüstanda bu, sadəcə, ərazi itkisi kimi özünü göstərirdisə, biz cəmiyyətin parçalanmasına da məruz qalmışıq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin