Erməni siyasi xadim: “Hökumət öz maraqları üçün ən qiymətli şeyi - Ermənistan Konstitusiyasını və qanunlarını pozur”

2023/12/1702020663.jpg
Oxunub: 2668     17:02     08 Dekabr 2023    
“Nikol Paşinyan və onun rejimi xalqın hakimiyyətinin qəsb edilməsini həyata keçirir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayakve” təşəbbüsünün əlaqələndirmə şurasının üzvü, erməni siyasi xadim Menua Soğomonyan deyib.

Onun sözlərinə görə, Arkadi Tamazyan ilə Alaverdi icmasında şəhər başçısı seçilib.

“Nikol Paşinyan və onun administrasiyası artıq Konstitusiya və qanunlardan kənarda deyil, onların üstündə dayanır. Odur ki, demokratiyaya dəyər verən bütün qüvvələrin borcu və öhdəliyi öz hakimiyyətini xalqa qaytarmaq olmalıdır”, - deyə Soğomonyan bildirib.

Soğomonyan vurğulayıv ki, Ermənistanda demokratiya sarsıdılıb, hökumət öz maraqları üçün ən qiymətli şeyi - Ermənistan Konstitusiyasını və qanunlarını pozur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin