Erməni deputat: “Dövlət borcu davamlı olaraq ikirəqəmli artımlar qeydə alır”

2023/12/1702020590.jpg
Oxunub: 5845     19:52     08 Dekabr 2023    
“Dövlət borcu davamlı olaraq ikirəqəmli artımlar qeydə alır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan paramentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun təşkilatının Ermənistan ali orqanının üzvü Tadevos Avetisyan öz məqaləsində yazıb.

O qeyd edib ki, 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Ermənistanın dövlət borcu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq, 11 milyard 116 milyon ABŞ dolları olub.

“12,6 faiz yüksək iqtisadi artım şəraitində 2022-ci ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət borcu 10 faizə yaxın artaraq, 10 milyard ABŞ dolları həddini keçib. Bu hakimiyyətin idarəetməsinin əvvəlki 5 ilində dövlət borcu təxminən 65 faiz və ya 4 milyard 400 milyon ABŞ dollarına yaxın artıb. Başqa sözlə, bu hökumət hər bir Ermənistan vətəndaşı üçün dövlət borcunu təxminən 1500 ABŞ dolları artırıb”, - deyə Avetisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dövlət-borcu  


Bizi "telegram"da izləyin